Norveç millisi narazı qaldı Oteli dəyişdirdi

2026-cı il dünya çempionatının 1/4 finalına yüksələn Norveç millisi ABŞ-da qaldığı oteli dəyişib.

Newsport.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Mənbənin iddiasına görə, komanda Mayami ətrafındakı Fort-Loderdeyldə yerləşən oteldə cəmi bir gün qaldıqdan sonra narazı qalıb və FİFA ilə könüllülərin köməyi sayəsində sahilyanı “Four Seasons” otelinə köçürülüb.

Bildirilib ki, əvvəlki oteldə bir gecəlik otaq qiyməti 250 dollar olub. Yeni otelin daha bahalı olduğu, əlavə xərcləri əvvəlcə Norveç Futbol Federasiyasının ödədiyi, sonradan isə FİFA-nın kompensasiya edəcəyi qeyd edilib.

Norveç millisini əvvəlki oteldə tikinti sahəsinə yaxınlıq, komanda üçün konfrans zalının olmaması və çimərliyə uzaq məsafə qane etməyib. Bir neçə futbolçu isə otaqların təmizliyindən narazılıq edib.

Qeyd edək ki, Norveç millisi dünya çempionatının 1/4 finalında İngiltərə ilə qarşılaşacaq. Görüş iyulun 12-də Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right