Neymar qərar mərhələsində: Karyerasını bitirə bilər

"Santos"un 34 yaşlı hücumçusu Neymar Braziliya millisinin 2026-cı il dünya çempionatında mübarizəni dayandırdıqdan sonra karyerasını bitirmək imkanını nəzərdən keçirir.

Newsport.az xəbər verir ki, bu barədə Braziliyanın UOL portalı məlumat yayıb.

Bildirilir ki, futbolçu mundialdakı uğursuzluğa görə mənəvi cəhətdən çox sarsılıb və hazırda depressiyadadır.

Karyerasını tamamilə bitirmək ehtimalı ilə yanaşı, Neymar üzərindəki təzyiqin və gözləntilərin daha az olacağı başqa bir kluba keçmək variantını da dəyərləndirir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right