"Atletiko" Danimarka millisinin futbolçusu Morten Yulmannı heyətinə qatır

Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Morten Yulmann karyerasını İspaniya təmsilçisi "Atletiko"da davam etdirəcək.

Newsport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klublar yarımmüdafiəçinin keçidi ilə bağlı razılığa gəliblər və artıq sənədləşmə işləri başlayıb.

Madrid təmsilçisi oyunçu üçün qarşı tərəfə 40 milyon avro ödəyəcək və M.Yulmannla 5 illik müqavilə imzalayacaq.

Xatırladaq ki, 2023-cü ildən "Sportinq"də çıxış edən Danimarka millisinin üzvü ötən mövsüm 45 oyunda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right