Argentina millisinin qapıçısı Xuan Musso, komanda yoldaşı Lionel Messi haqqında paylaşım edib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında bunları yazıb:
“Nəvələrim bir gün məndən təvazökarlığın nə olduğunu soruşanda, onlara səndən danışacam… Ən böyük!”
Argentina millisi dünya çempionatının 1/8 finalında Misir yığmasını 3:2 hesabı ilə məğlub edib. Messi bu oyunda bir qol vurub və bir məhsuldar ötürmə verib. Komanda 1/4 finalda İsveçrə millisi ilə üz-üzə gələcək.