Roberto Martinez Portuqaliya millisindən getdi

Portuqaliya Futbol Federasiyasının (FPF) rəsmi saytı milli komandanın baş məşqçisi Roberto Martinez ilə tərəfdaşlığa son qoyulduğunu açıqlayıb.

Newsport.az xəbər verir ki, İspan mütəxəssisin müqaviləsi bu gün başa çatıb və o, işinə davam etmək istəməyib.

Qeyd edək ki, Martinez Portuqaliya millisini 2023-cü ilin yanvar ayından çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2025-ci il Millətlər Liqasını qazanıb. Komanda hazırda davam edən DÇ-2026-da 1/8 finalda İspaniyaya məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right