"Milan"dan 30 milyonluq transfer: "Real" da qazanacaq

"Latsio"nun ispaniyalı mərkəz müdafiəçisi Mario Hila karyerasını "Milan"da davam etdirəcək.

Newsport.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

Bildirilir ki, tərəflər artıq 25 yaşlı futbolçunun transferi barədə razılığa gəliblər. "Milan" bonuslar da daxil olmaqla Hila üçün 30 milyon avro ödəyəcək. Bu məbləğin 50 faizini isə müdafiəçinin sabiq klubu "Real" (Madrid) əldə edəcək.

Qeyd edək ki, "Milan" bu transferdə "Napoli"ni qabaqlayıb və bu vəziyyət Neapol təmsilçisinin yeni baş məşqçisi Massimiliano Alleqrini qəzəbləndirib.

2022-ci ilin yayından "Latsio"da çıxış edən ispaniyalı oyunçu Roma klubunda 120 matçda 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right