“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”

Misir millisinin hücumçusu Məhəmməd Salah 2026-cı il dünya çempionatının 1/8 finalında Argentinaya 2:3 hesabı ilə uduzduqları oyundan sonra hakim idarəçiliyindən narazılığını ifadə edib.

Newsport.az “Goals Side” saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu bu barədə deyib: 

“Hakimlik barədə çox danışmaq istəmirəm. Çünki danışsam, böyük problemlə üzləşəcəyəm. Bütün qərarların sənin əleyhinə verildiyini görmək kədərli və məyusedicidir. Üstəlik, söhbət dünya çempionatının həlledici oyunundan gedir”.

Qeyd edək ki, Argentina 1/4 finalda İsveçrə ilə qarşılaşacaq. Oyun iyulun 12-də keçiriləcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right