“İnter” heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, Milan təmsilçisi “Brügge”dən Aleksandar Stankoviçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“İnter” bu transfer üçün Belçika klubuna 23 milyon avro ödəyəcək.
Serbiyalı keçmiş futbolçu Deyan Stankoviçin oğlu olan dayaq yarımmüdafiəçisi "İnter"in yetirməsidir. O, 2025-ci ildə “İnter”dən “Brügge”yə keçmişdi.