Arbeloa "Fulhem" klubunun baş məşqçisi təyin edilib Rəsmi

"Real"ın sabiq baş məşqçisi Alvaro Arbeloanın yeni iş yeri rəsmiləşib.

Newsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərənin "Fulhem" klubunun baş məşqçisi təyin edilib.

Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. O, bu vəzifədə Marko Silvanı əvəzləyib.

Qeyd edək ki, "Fulhem" İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünü 11-ci pillədə başa vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right