Belçika milli komandasının və "Aston Villa"nın heyətində ciddi itki baş verib.
Newsport.az xəbər verir ki, Amadu Onana sıradan çıxıb.
Futbolçu DÇ-2026-nın 1/8 final mərhələsinin ABŞ yığması ilə matçında ağır zədə alıb. 24 yaşlı dayaq yarımmüdafiəçisinin dizinin ön çarpaz bağları qopub. Onun 7-8 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Amadu Onana Belçika millisinin DÇ-2026-da keçirdiyi 5 oyunun 4-də meydanda olub.