"​Bu oyunu uduzmaq dəlilik olardı" - Skaloni

Argentina millisi DÇ-2026-nın 1/16 finalında Kabo-Verdəni əlavə vaxtda məğlub edib.

Newsport.az xəbər verir ki, üçqat dünya çempionlarının baş məşqçisi Lionel Skaloni oyun başa çatdıqdan sonra açıqlama verib. 48 yaşlı mütəxəssis mundialda iştirak edən bütün komandaların bərabər səviyyədə olduğunu deyib:

​"Pley-off mərhələsində heç kim heç kimə hədiyyə etməyəcək. Bütün komandalar artıq bərabər səviyyədədir. Dünya çempionatını dünya çempionatı edən də məhz budur. ​Hər kəsə məsləhət görürəm ki, bir az sakitləşmək üçün çay içsin. Düşünürəm ki, mən də sizinlə söhbətdən sonra gedib bunu edəcəyəm.

​Bu oyunu uduzmaq dəlilik olardı. Başa düşürəm ki, biz milli komandaları yalnız ölkələrinin adına görə mühakimə etməyə meyilliyik. Lakin bu gün bu səviyyədə təsnifatdan keçən və yarışan istənilən komanda hər hansı bir rəqib üçün problem yarada bilər. ​Yalnız onu deyə bilərəm ki, komandamız hələ də mübarizəni davam etdirir. Belə bir qələbədən sonra oyunçularımız daha da güclənə bilərlər".

​Qeyd edək ki, Argentina seçməsi 1/8 finalda Misirlə üz-üzə gələcək. Qarşılaşma iyulun 7-si Atlantada keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da Astart götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right