Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu

“Qarabağ”a transferi gözlənilən Bense Varkonyi ilə bağlı yeni iddia ortaya çıxıb.

Newsport.az xəbər verir ki, Macarıstanın “Zaol” nəşri 24 yaşlı mərkəz müdafiəçisinin artıq Bakıya gəldiyini və "Qarabağ” üçün tibbi müayinədən keçdiyini yazıb.

Mənbənin məlumatına görə, “Zalaegerszeg”in futbolçusu həftənin əvvəlində komanda ilə vidalaşıb. Bildirilir ki, transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl Macarıstan və Belçika mətbuatı “Qarabağ”ın Varkonyinin transferi üçün “Zalaegerszeg”ə 1 milyon avro ödəyəcəyini və futbolçu ilə 3 illik müqavilə imzalayacağını yazmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right