Fələstin Futbol Federasiyası “Xadamat Xan Yunis” klubunun qapıçısı Salim Əl-Əşqarın həlak olduğunu açıqlayıb.
Newsport.az xəbər verir ki, federasiyanın yaydığı bəyanatda 32 yaşlı qolkiperin İsrail hərbçilərinin açdığı atəş nəticəsində öldüyü bildirilib.
Məlumata görə, Salim Əl-Əşqar cəmi 5 ay əvvəl ailə qurmuşdu və yaxın vaxtlarda ilk övladının dünyaya gəlməsini gözləyirdi.
Çilinin “Deportivo Palestino” klubu da hadisə ilə bağlı başsağlığı mesajı yayıb.
Klubun açıqlamasında deyilir: “32 yaşlı fələstinli qapıçı Salim Əl-Əşqarın faciəvi ölümü bizi dərindən sarsıdıb. Belə hadisələrin davam etməsi bizi çox kədərləndirir. Ədalət və sülh istəyirik.”