İspaniya millisinin qapıçısı Unay Simon dünya çempionatları tarixində qol buraxmadan ən çox ardıcıl dəqiqə keçirən mütləq rekordçu olub.
Newsport.az xəbər verir ki, bu barədə "Squawka" idman nəşri məlumat yayıb.
Bildirilir ki, təcrübəli qolkiper qapısını ardıcıl 519 dəqiqə toxunulmaz saxlamaqla bu tarixi nailiyyətə Avstriya yığması ilə matçda (3:0) imza atıb. O, komandasının 1/8 finala yüksəlməsinə kömək etməklə yanaşı, Valter Dzenqanın rekordunu təzələyib. İtaliyalı qapıçı DÇ-1990-da 518 dəqiqə qapısında qol görməmişdi.
29 yaşlı qapıçı sonuncu dəfə ötən dünya çempionatının qrup mərhələsində Yaponiya millisindən qol buraxıb. İspaniya millisinin növbəti rəqibi Portuqaliyadır. 1/8 final mərhələsinin bu qarşılaşması iyulun 6-da baş tutacaq.