Fransa millisinin kapitanı Kilian Mbappe yığmadakı komanda yoldaşı Maykl Oliseni "Bavariya"dan "Real"a keçməyə razı salmaq üçün onunla danışıqlar aparır.
Newsport.az xəbər verir ki, bu barədə məlumatı "El Chiringuito TV" yayıb.
Olise 2026-cı il dünya çempionatı başa çatdıqdan sonra gələcəyini müzakirə etmək üçün Almaniya klubunun rəhbərliyi ilə görüşməyi planlaşdırır.
Mbappe Olisenin "Real"ın hücum xəttini gücləndirəcəyinə ümid edir. Başa çatan mövsümdə Olise Münhen klubunun heyətində 57 oyun keçirib, 25 qol vurub və 28 məhsuldar ötürmə edib. O, klubu ilə Bundesliqanın və Almaniya Kubokunun qalibi olub, komandada ilin oyunçusu və Almaniya çempionatının ən yaxşı futbolçusu seçilib.
Həmçinin Olise Fransa Peşəkar Futbolçular Milli İttifaqının (UNFP) versiyasına görə ən yaxşı fransalı legioner elan edilib.
Qeyd edək ki, Fransa millisi 2026-cı il dünya çempionatında çıxışını davam etdirir və 1/8 finalda Paraqvay ilə oyuna hazırlaşır.