Argentina millisi və komandanın kapitanı Lionel Messi dünya çempionatının 1/16 final oyununa yollanacaq təyyarəyə minməzdən əvvəl hava limanında gücləndirilmiş yoxlanışla qarşılaşıblar.
Newsport.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Coş Çavis şəxsi sosial şəbəkə hesabında paylaşıb.
Bildirilir ki, uzadılmış yoxlanış proseduru argentinalıların əhval-ruhiyyəsinə təsir etməyib və futbolçular metal detektorundan keçərkən gülümsəyiblər.
Argentina yığması 1/16 final mərhələsində iyulun 4-nə keçən gecə Mayamidə Kabo-Verde komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq. Argentina millisi son dünya çempionudur.