Tanınmış futbolçu milli karyerasını başa vurdu

Ekvador yığmasının hücumçusu Enner Valensiya DÇ-2026-nın 1/16 finalında Meksikaya məğlubiyyətdən (0:2) sonra millidəki karyerasını başa vurduğunu elan edib.

Newsport.az xəbər verir ki, 35 yaşlı forvard final fitindən sonra diz çöküb və ağlayıb.

E.Valensiya 2012-ci ildən Ekvador yığmasında çıxış edirdi. O, millinin heyətində keçirdiyi 109 oyunda 49 qol vurub və 15 məhsuldar ötürmə edib. Tanınmış futbolçu "Vest Hem", "Fənərbaxça", "Tigres", "İnternasyonal" klublarında oynayıb. O, hazırda Meksikanın "Paçuka" klubunun üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right