"Bavariya" Ceksonla yolları ayırdı

"Bavariya" komandada icarə əsasında çıxış edən Nikolas Ceksonla yolları ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Bavariya"  seneqallı futbolçunun satınalma bəndini aktivləşdirməmək qərarına gəlib. Klub 64 milyon avroluq satınalma məbləğini həddindən artıq yüksək hesab edib. 25 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu "Çelsi"yə qayıdıb.

Nikolas Cekson 2025/2026 mövsümündə "Bavariya" ilə bütün turnirlərdə 34 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right