"Everton" heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, Liverpul təmsilçisi "Midlsbro"nun mərkəz yarımmüdafiəçisi Heyden Haknini transfer etdiyini rəsmən açıqlayıb.
24 yaşlı futbolçu yeni klubu ilə 2031-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulan 5 illik müqavilə imzalayıb. Transferin maliyyə detalları açıqlanmayıb.
"Midlsbro"nun yetirməsi olan Hakni akademiyadan əsas komandaya yüksələrək sonradan kapitanı statusuna qədər irəliləyib. O, 2025/2026 mövsümünün yekununda Çempionşipin ən yaxşı futbolçusu seçilib.