Almaniya Qərb Regional Liqasında 16-cı turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Alemanniya Aaxen"lə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat 90-cı dəqiqədə əvəzlənib. Komandasının 2-ci qolunu 60-cı dəqiqədə məhz Toğrul vurub.
Qeyd edək ki, Toğrulun komandası hazırda 19 xalla 19 klub arasında 11-ci pillədə qərarlaşıb.