Millinin futbolçularına veriləcək mükafat bəlli oldu

Polşa millisinin futbolçuları Avropa Çempionatının final mərhələsinə vəsiqə qazacağı təqdirdi, yerli federasiya onları mükafatlandıracaq.

Newsport.az "Deyli Rekord”a istinadən xəbər verir ki, hazırda qrupunda Almaniya millisindən 2-ci pillədə qərarlaşan polyaklar uğurun qarşılığını həm də pulla alacaqlar.

Belə ki, oktyabrın 8-də Şotlandiya və 11-də İrlandiya ilə qarşılaşacaq "panlar” şotlandlar üzərində qələbə Polşanın qrupu minimum ilk "3-lük"də bitirəcəyini təmin edəcək. Üstəlik, elə həmin gün İrlandiyanın Almaniya ilə qarşılaşacağını və ya son turda Polşanın evdə İrlandiya ilə oynayacağını nəzərə alanda, "ağ-qırmızılar”ın uğura çox yaxın olduğu sezilir.  
Buna görı də Polşa yığmasının oyunçuları pul mükafatı məsələsini yerli federasiya ilə müzakirə edib. Polşa Futbol Federasiyası da sponsorlarla danışıqlar apardıqdan sonra uğurlu sonluq təqdirində komandaya 1,75 milyon funt sterlinq ayırmağa söz verib. Futbolçulara mükafatlar oynadıqları matçların sayına uyğun olaraq veriləcək. Bu minvalla, hər bir futbolçu təxminən 100 min funt əldə edəcək.
 
 
Qeyd edək ki, komanda Avropa çempionatına çıxa bilməyəcəyi halda, polşalı futbolçular ümumiyyətlə pul üzü görməyəcəklər.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right