Azərbaycan yığması Varşavada birinci oldu

Polşanın paytaxtı Varşava şəhərində keçirilən cüdo üzrə “Açıq Avropa” turniri Azərbaycan idmançıları üçün uğurlu olub.

Newsport.az-ın məlumatına görə, 34 ölkədən 493 idmançının iştirak etdiyi yarışda Azərbaycan yığma komandası 6 çəki dərəcəsində ümumilikdə 13 idmançı ilə təmsil olunaraq turniri 5 medalla başa vurub.

Nəticələrə görə, komandamız sıralamada ümumi hesabda üçüncü, kişilər arasında isə birinci yerdə qərarlaşıb.

Turnirin birinci günü -60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Əhməd Yusifov qızıl, Rövşən Əliyev bürünc medal qazanıb.

-66 kq çəki dərəcəsində İbrahim Əliyev qızıl, İsmayıl İbrahimov isə gümüş medala sahib çıxıb.

Yarışın ikinci günü +100 kq. çəki dərəcəsində tatamiyə çıxan cüdoçumuz İmran Yusifov fransalı rəqibi Adrien Qeoffroya qalib gələrək bürünc medala layiq görülüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right