Argentinalı futbolçu “Barselona”da

“Barselona” mövsüm bitməmiş yeni transfer həyata keçirib. Newsport.az xəbər verir ki, İspaniya klubu “Betis”in yarımmüdafiəçisi Qvido Rodriqesi heyətinə qatıb.

Klub 30 yaşlı oyunçu ilə bu keçiddə şifahi razılığa gəlib. Kataloniyalılar maliyyə feyr-pleyini pozmadan bu işi həll etməyə çalışır. Qvidonun “Betis”lə müqavilə müddəti iyunun sonuna qədər olduğundan, o, yeni komandasına azad agent kimi keçəcək.

Bununla kifayətlənmək istəməyən baş məşqçi Xavi “Atletik”in hücumçusu Niko Uilyamsı da ixtiyarında görmək niyyətindədi. 21 yaşlı forvard “Arsenal” və “Çelsi”nin də maraq dairəsindədi.

Qeyd edək ki, Qvido Rodriqes bu mövsüm “Betis”in heyətində 27 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right