"Bayer 04" Avropa futbolunda yeni rekord müəyyənləşdirib

Almaniyanın "Bayer 04" klubu Avropa futbolunda yeni rekord müəyyənləşdirib.

Newsport.az xəbər verir ki, Bundesliqa təmsilçisi UEFA Avropa Liqasının yarımfinal mərhələsinin "Roma" ilə cavab qarşılaşmasında (2:2) məğlubiyyətsiz oyunlar seriyasını 49-a çatdırıb.

Leverkuzenlilər bu göstəricidə Avropada birinci yerə çıxıblar. Komanda 1963-cü ildən 1965-ci ilə qədər bütün yarışlarda ardıcıl 48 görüşdə məğlub olmayan Portuqaliya "Benfika"sının rekordunu qırıb. Xabi Alonsonun yetirmələri bu mövsüm 40 qələbə, 9 heç-heçəyə imza atıblar.

Qeyd edək ki, İtaliya klubu ilə matçın 90+7-ci dəqiqəsində Yosip Stanişiçin qolu sayəsində məğlubiyyətdən xilas olan "Bayer 04" iki oyunun nəticəsinə görə 4:2 hesablı qələbə qazanıb və Avropa Liqasının finalına yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right