Millinin qolkiperi "Arsenal"a keçə bilər

"Arsenal" qapıçı axtarışına çıxıb.

Newsport.az "The Mirror"a istinadən xəbər verir ki, London təmsilçisi İngiltərə millisinin qolkiperi Cordan Pikforu transfer etməyi planlaşdırır. 

"Topçular" 30 yaşlı qapıçı üçün "Everton"la danışıqlara bşalayıb.

Onun hazırkı klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-da başa çatacaq. 

"Sanderlend"in yetirməsi olan Pikford "Darlinqton", "Barton Albion", "Bradford", "Preston" klublarında oynadıqdan sonra 2017-ci ildə "Everton"a keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right