Birinci liqada 3-cü turun oyun cədvəli açıqlandı

Kişi voleybolçular arasında Azərbaycan I liqasında 3-cü turun oyunlarının vaxtı və keçirilmə yerləri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, yanvarın 23-də baş tutacaq tur “Murov” Voleybol Klubunu idman zalında təşkil olunacaq.

Günə saat 11:00-da “Murov-2” və “Taleh – A.T” komandalarının oyunu ilə start veriləcək. Ardınca “Əlincə” “Həvəskarlar” klubu ilə qarşılaşacaq. Saat 14:00-da “Aura” “Ryuqa” ilə üz-üzə gələcək. Günə “Masallı” - “Veteranlar” dueli ilə yekun vurulacaq.

Bu dəfə liderlər - A qrupunda “Təhsil”, B qrupunda “Azərbaycan Ali Hərbi Məktəbi” istirahət edəcək.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.

I Liqa

III tur
23 yanvar

A qrupu

11:00. “Murov-2” – “Taleh – A.T”
12:30. “Əlincə” – “Həvəskarlar”

Turnir cədvəli: “Təhsil” – 6 xal,  “Əlincə”, “Taleh-A.T” – hər ikisi 3,  “Həvəskarlar”, “Murov-2” – hər ikisi 0.

B qrupu 

14:00. “Aura” – “Ryuqa”
15:30. “Masallı” – “Veteranlar”

​Turnir cədvəli: “Azərbaycan Ali Hərbi Məktəbi” – 6,  “Veteranlar” – 3,  “Masallı” – 2, “Ryuqa” – 1, “Aura” – 0.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah