Tokioda Atletlər kəndində ilk yoluxma qeydə alındı

Tokio olimpiadası ərəfəsində Atletlər kəndində yerləşən əcnəbilər arasında koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, Olimpiya Oyunlarının təşkilat komitəsinin məlumatına əsasən, əcnəbi komandaların birinin üzvünün testi pozitiv çıxıb. Məxfilik səbəbindən həmin komanda və üzvünün adı açıqlanmayıb.

Bundan əvvəl Tokioda keçiriləcək yarış üçün Yaponiyaya gələn bir neçə komandanın idmançısında koronavirus aşkar edilmişdi. Lakin Atletlər kəndində ilk dəfə yoluxma qeydə alınıb.

Yaponiyada hələ də gün ərzində 1000-dən çox inisan COVID-19-a yoluxur. Avqustun 22-dək ölkədə fövqəladə vəziyyət rejimi tətbiq ediləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right