Bundesliqa klubunda baş məşqçi dəyişikliyi

Almaniya Bundesliqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, "Union Berlin" Nenad Byelitsa ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Paytaxt təmsilçisini mövsümün sonuna kimi Marko Qrote çalışdıracaq.

Qeyd edək ki, "Union Berlin" Bundesliqada 32 turdan sonra 30 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right