Salah Premyer Liqa tarixinə düşdü

“Liverpul” İngiltərə Premyer Liqasının XXXVI turunda doğma meydanında “Tottenhem”i 4:2 hesabı ilə məğlub edib. Newsport.az xəbər verir ki, qarşılaşmada hesabı açan “mersisaydlılar”ın hücumçusu Məhəmməd Salah bir qolun da məhsuldar ötürməsini verib.

Misirli Premyer Liqa tarixində ardıcıl üç mövsümdə 10+ qol vuran və 10+ assist edən ilk oyunçu olub. Ümumilikdə onun karyerasında 5 belə mövsüm var. O, bu göstəricidə “Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi ilə vəziyyəti bərabərləşdirib.

Qeyd edək ki, “Liverpul” sona iki tur qalmış 78 xalla Premyer Liqada 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right