“Sportinq”in 20-ci çempionluğu

“Sportinq” vaxtından əvvəl futbol üzrə Portuqaliya çempionatının 2023/2024 mövsümünün qalibi olub.

“Yaşıl-ağlar” “Benfika”nın “Famalikanu”ya uduzması ilə mövsümün sonuna iki tur qalmış çempionluğu rəsmiləşdirib. Ruben Amorimin yetirmələrinin 84, “qartallar”ın isə 76 xalı var.

“Sportinq” 20-ci dəfə Primeyra Liqada birinci olub. Ötən mövsüm “aslanlar”ın əzəli rəqibi “Benfika” çempionluğu bayram etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right