"Sumqayıt"dan sülh rekordu

"Sumqayıt” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə 12-ci heç-heçəsini edib.

Newsport.az-ın məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi bununla da öz rekordunu təkrarlayıb. 2015/16 mövsümündə də sumqayıtlılar 12 sülhə imza atıb.

Ölkə çempionatları tarixinin rekordu isə 14-ə bərabərdir. Buna üç dəfə təsadüf olunub. “Neftçi” 2009/10, “Bakı” 2012/13, “Zirə” 2020/21 mövsümündə 14 dəfə bir xal qazanıb.

Qeyd edək ki, “Sumqayıt” XXXIII turun “Kəpəz”lə səfər görüşündə bərabərliklə kifayətlənib – 1:1.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right