"Qəbələ" "Səbail"i məğlub etdi Yenilənib

Azərbaycan Premyer Liqasında XXXIII tur başa çatır.

Newsport.az xəbər verir ki, bu gün son oyun keçiriləcək.

“Səbail” doğma arenasında “Qəbələ”ni qəbul edəcək. “ASCO Arena”da baş tutacaq görüş saat 19:00-da start götürəcək.

Hazırda bakılılar 42 xalla 6-cı, bölgə təmsilçisi isə 17 xalla 10-cu pillədə qərarlaşıb. “Qırmızı-qaralar”ın mövsümü sonuncu sırada bitirəcəyi dəqiqdi.

Azərbaycan Premyer Liqası

XXXIII tur

6 may

19:00. “Səbail”– “Qəbələ” 2:3

Qollar: Aleksandr Ramalinqom, 17-pen. (1:0), Osama Xalayla, 20 (1:1), Əyyub Allaş, 32 (1:2), Pedro Nuno, 40-pen. (2:2), Osama Xalayla, 56-pen. (2:3)

Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə.

“ASCO Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Neftçi”ni (5:0), “Zirə” “Turan Tovuz”u (2:1), “Sabah” “Araz-Naxçıvan”ı (1:0) məğlub edib, “Kəpəz”lə “Sumqayıt” (1:1) bərabərə qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right