Cüdoçularımız Avropa çempionatı ilə erkən vidalaşdılar

Bu gün Azərbaycanın daha 2 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayıb.

Newsport.az-ın məlumatına görə, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən yarışın ikinci günündə 81 kq çəki dərəcəsində Murad Fətiyev və Hidayət Heydərov qüvvəsini sınayıb.

Fətiyev 1/16 finalda türkiyəli Vedat Albayrakla qarşılaşıb və ipponla uduzub. Almaniyalı Niklas Blöxl üzərində qələbə qazanan Heydərov isə növbəti raundda Belçika təmsilçisi Matias Kasseyə qızıl xal bölümündə uduzaraq, yarışla vidalaşıb.

Ölkəmizdən yarışa ümumilikdə 9 cüdoçu qatılıb. İlk gündə Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, ötən gün start götürən Avropa çempionatına aprelin 18-də başa çatacaq.

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah