Atıcımız dünya çempionatında gümüş medal qazandı

Misirin paytaxtı Qahirədə keçirilən güllə atıcılı üzrə dünya çempionatında idmançımız Ruslan Lunyov gümüş medal qazanıb.

Newsport.az-ın məlumatına görə, o, iriçaplı tapançadan 25 metr məsafəyə cəld atəş üzrə ikinci yeri tutub. Atıcımız 60 atəşdən 584 xal toplayıb.

Qeyd edək ki, 33 yaşlı atletimiz karyerasında 3 qızıl, 2 gümüş və 1 bürünc medala sahibdir. Ruslan Lunyov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında kapitandır.

Xatırladaq ki, Dünya Çempionatından idmançımız Nigar Nəsirova bürünc medalla qayıdıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right