Dünya çempionatı: Hacı Əliyev yarımfinalda

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün üç sərbəst güləşçimiz döşəkçəyə çıxıb.  

61 kq: İslam Bazarqanov 1/8 finalda İran idmançısı Reza Atrinaqaraçiyə 0:4 uduzub.

65 kq: 1/8 finalda Argentina idmançısı Aqustin Destribatsa 6:1 qalib gələn Hacı növbəti mərhələdə
özbəkistanlı Abbos Rahmanovu məğlub edərək yarımfinala adlayıb. O, finala çıxmaq üçün İranlı Rahman Amozadhalili ilə görüşəcək.

97 kq. Maqomedxan Maqomedov isə 1/8 finalda Almaniya idmançısı Erik Tileyə 11:4 məğlub edib. Onu ¼ finalda ABŞ güləşçisi Keli Snayderlə mübarizə gözləyir.  

92 kq. Osman Nurmaqomedov Polşadan olan Radoslav Markinyeviçlə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right