İslamiada: Millimiz Əfqanıstanı məğlub etdi

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında voleybol yarışları davam edir.

Newsport.az-ın məlumatına görə, Azərbaycanın qadın voleybolu üzrə milli komandası B qrupundakı ikinci oyununda Əfqanıstanla qarşılaşıb. Görüş yığmamızın 3:0 (25:4; 25:11; 25:4) hesablı qələbəsiylə başa çatıb..

Millimiz ilk oyunda Seneqalı məğlub etmişdi – 3:0 (25:7; 25:6; 25:10).

Qeyd edək ki, Azərbaycanın voleybol millisi avqustun 12-də B qrupunda sonuncu oyununu Kameruna qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right