İdmançılarımızın yeni reytinqi açıqlandı

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə, milli komandaların idmançılarının 2022-ci ilin avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.

Newsport.az nazirliyin saytına istinadən xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası (435 xal) reytinqə başçılıq edir.

Ötən ay Misirdə dünya ikincisi olmuş qılıncoynadan Anna Basta (330 xal) ikinci pillədədi. Bədii gimnast Zöhrə Ağamirova (300 xal) isə üçüncüdü.

​Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right