Millilərimiz Şahmat Olimpiadasında: kişilər 7-ci, qadınlar 8-ci oldu

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığması son oyununa çıxıb.

Newsport.az xəbər verir ki, kişilərdən ibarət millimiz Serbiya ilə qarşılaşıb. Görüş şahmatçılarımızın 2,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz turniri 16 xalla 7-ci sırada bitirib. Olimpiadanın qalibi isə Özbəkistan yığması olub.

Qadınlardan ibarət milli komandamız isə Gürcüstana 1:3 uduzb. Buna görə yığmamız medalçılar sırasına düşə bilməyib. Komandamız 16 xalla 8-ci pillədə başa vurub. Qadınların yarışında isə Ukrayna çempionluğu bayram edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right