Kişi və qadınlardan ibarət Azərbaycan millisi bu gün Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında sonuncu görüşlərini keçirir.
Newsport.az-ın məlumatına görə, kişilərdən ibarət yığma XI turda Serbiya ilə, qadınlar isə Gürcüstanın müvafiq kollektivi ilə üz-üzə gəlir.
XI tur
Azərbaycan - Serbiya
Şəhriyar Məmmədyarov - Aleksandr İndiç
Rauf Məmmədov - Velmir İviç
Qədir Hüseynov - Markus Robert
Vasif Durarbəyli - İvan İvanişeviç
Azərbaycan - Gürcüstan
Günay Məmmədzadə - Nana Caqnidze
Xanım Balacayeva - Nino Batsiaşvili
Gövhər Beydullayeva - Lela Cavaxişvili
Ülviyyə Fətəliyeva - Meri Arabidze
Qeyd edək ki, kişilərdən ibarət yığma hazırda 14 xalla 19-cu, qadınlar isə 16 xalla üçüncü pillədə qərarlaşıb.