Şahmat millimiz Ermənistanı məğlub etdi

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

Newsport.az-ın məlumatına görə, X turda Ermənistanla qarşılaşan yığma rəqbini 4:0 hesabı ilə darmadağın edib. Kişilərdən ibarət kollektiv isə Ermənistana uduzub - 1:3.

Şahmat Olimpiadası

Qadınlar

X tur

Ermənistan – Azərbaycan - 0:4
Elina Danielyan – Günay Məmmədzadə - 0:1
Lilit Mkrtçyan – Xanım Balacayeva - 0:1
Anna Sarqsyan – Gövhər Beydullayeva - 0:1
Susanna Qaboyan – Gülnar Məmmədova 0:1

Kişilər

Azərbaycan – Ermənistan - 1:3
Şəhriyar Məmmədyarov – Qabriel Sarqissyan - 0:1
Qədir Hüseynov – Hrant Melkumyan - 0,5:0,5
Vasif Durarbəyli – Manuel Petrosyan - 0,5:0,5
Nicat Abbasov – Robert Hovanisyan - 0:1

Şahmat Olimpiadasına avqustun 10-da yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right