Hindistanın Çennai şəhərində təşkil olunan 44-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) konqresi keçirilir.
Newsport.az-ın məlumatına görə, ali şahmat qurumunda konqresin son günündə rəhbər vəzifələrə seçkilər başlayıb.
Namizədlərin çıxışlarından sonra FİDE prezidentliyinə seçkilər keçirilib. Ən çox səs toplayan FİDE-nin hazırkı prezidenti Arkadi Dvorkoviç 157 səslə seçkidə qalib gəlib və növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri kimi işini davam etdirmək imkanı qazanıb.
Hindistanlı dünya çempionu Vişvanatan Anand, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və Norveç Şahmat Federasiyasının prezidenti Joran Aulin-Jansson növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.