Millinin Bakı hazırlığı başa çatdı

Avropa çempionatının təsnifat mərhələsində və İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub.

Newsport.az-ın məlumatına görə, mayın 15-də Bakıda başlayan hazırlıq bu gün yekunlaşıb.

Millimiz AVRO-2023-ün təsnifat mərhələsində ilk rəsmi matçını avqustun 3-də Danimarka yığmasına qarşı keçirəcək. Bakıda Voleybol Mərkəzində baş tutacaq görüşə saat 18:00-da start veriləcək.

Yığmamız AVRO-2023-ün təsnifat oyunlarında A qrupunda mübarizə aparacaq. Komandamızın rəqibləri Türkiyə və Danimarka milliləridir.

Ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right