DÇ-nin son günündə daha 3 medal

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, mundialın son günündə sərbəst güləş üzrə millimiz daha 3 medal qazanıb.

Bəşir Verdiyev (45 kq) ukraynalı Vladislav Çornovilə (10:0), gürcüstanlı Nikolos Botçorişviliyə (4:3) və moldovalı Konstantin Rusuya (5:0) qalib gələrək finala yüksəlib. Ancaq həlledici görüşdə amerikalı Domenik Munarettoya 0:2 hesabıyla uduzan Bəşir gümüş medalla kifayətlənib.

Elman Ağayev (51 kq) türkiyəli Mustafa Karabuğa (14:4) və özbəkistanlı Abbasbek Kobilov (6:2) üzərində əldə etdiyi qələbələrlə adını yarımfinala yazdırıb. Finalın bir addımlığında iranlı Məhəmməd Əsədiylə (2:12) bacarmayan Elman qırğızıstanlı Bayaman Kərimbekovu 4:1 hesabıyla üstələyərək bürünc medal qazanıb.

Ağa Qasımov (60 kq) debütdə rumıniyalı Benjamin Boeyteni (14:7), daha sonra isə polşalı Dominik Yaquşu (tuşe) mübarizədən kənarlaşdırıb. 1/4 finalda isə iranlı İbrahim Elahiçouran keçilməz olub – 0:3. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə qatılan Qasımov türkiyəli Abdullah Toprakı minimal fərqlə məğlub edib – 4:3. Ağa bürünc medal uğrunda görüşdə hindistanlı Nixil Pilanagoilaya uduzub – 2:5.

Ağanəzər Novruzov (71 kq) avstriyalı Məhəmməd İnşapiyevə (12:0), ukraynalı Timur Yusova (12:10) və Nikolos Maysuradzeyə (2:2) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Ancaq finalın bir addımlığında italiyalı Raul Kasoya minimal fərqlə uduzub – 1:2. Ağanəzər bürünc medal uğrunda qarşılaşmada hindistanlı Narender Narenderə 3:1 hesabıyla qalib gəlib.

Rəvan Musayev (92 kq) ilk mərhələdə gürcüstanlı Nika Pantsulayanı (10:0) vaxtından əvvəl mübarizədən kənarlaşdırsa da, 1/4 finalda iranlı Əhməd Malafehlə bacarmayıb – 2:6.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right