Azərbaycan üzgüçüsü AÇ-nin finalında

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında növbəti dəfə finala yüksəlib.

Newsport.az-ın məlumatına görə, 18 yaşlı idmançı yarımfinal mərhələsində 100 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə finişə 54,11 saniyəyə çatıb.

Final iyulun 8-də olacaq.

Xatırladaq ki, Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə bürünc medal qazanaraq tarixi nəticəyə imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right