Azərbaycan millisi yenidən Gürcüstana gedir

5-ci İslam Həmrəyliyi Oyunlarına qatılacaq qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində təşkil olunacaq yarışa ciddi hazırlaşır.

Newsport.az-ın məlumatına görə, mükafatlara namizədlərdən sayılan qadınlardan ibarət millimiz Gürcüstanda təlim-məşq toplanışı keçib.

Tiflisdə yerli komanda ilə iki yoxlama oyununu qələbə ilə başa vuran həndbolçularımız iyunun 27-dən hazırlığı Bakıda davam etdirirlər.

Komanda iyulun 12-dən 19-dək Tiflisdə növbəti təlim-məşq toplanışına qatılacaq.

Hazırlığa iyulun 23-dən avqustun 1-dək Göygöl Olimpiya Kompleksində sonuncu təlim-məşq toplanışı ilə yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right