Teymur Rəcəbova bürünc medal təqdim olundu

İspaniyanın Madrid şəhərində şahmat üzrə İddiaçılar Turnirinin təntənəli bağlanış mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, tədbirdə FİDE-nin rəhbər şəxsləri ilə yanaşı Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.

AŞF rəhbəri İddiaçılar Turnirində üçüncü yeri tutan Teymur Rəcəbova bürünc medalı və xatirə hədiyyəsini təqdim edib.

Qeyd edək ki, 14 oyundan 7,5 xal toplayan Azərbaycan şahmatçısı yarışı 3-cü yerdə başa vurub. Yarışın qalibi olan rusiyalı Yan Nepomnyaşi şahmat tacı uğrunda qarşılaşmada norveçli dünya çempionu Maqnus Karlsenlə görüşə vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right