Azərbaycanın İran, Mərakeş və Səudiyyə Ərəbistanı ilə oyunlarının vaxtı dəqiqləşdi

Türkiyənin Konya şəhərində 9-18 avqust tarixlərində təşkil olunacaq V İslam Həmrəyliyi oyunlarında mübarizə aparacaq 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının rəqibləri bəlli olub. 

Newsport.az-ın məlumatına görə, komandamız İran, Mərakeş və Səudiyyə Ərəbistanı ilə birlikdə B qrupunda yer alıb.

Millimiz avqustun 8-də 19:00-da İranla qarşılaşacaq. Həmin matçdan iki gün sonra isə 17:00-da Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək yığmamız qrupdakı son oyununu avqust 12-də Mərakeş millisinə qarşı keçirəcək. Həmin görüş 17:00-da start götürəcək.

Yarımfinal matçı avqust 14-də, final və üçüncü yer uğrunda görüş isə görüşü 16-da keçiriləcək.

Matçların başlama saatı yerli vaxtla göstərilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right