İddiaçılar Turniri: Rəcəbov Karuanaya qarşı

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı şahmatçı 13-cü turda ağ fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.

12 turdan sonra 6 xala malik Rəcəbov Karuana ilə birlikdə 5-6-cı yerləri bölüşdürür. O, turnirin qalibi olma şanslarını itirib.

Turnir cədvəlinə 8,5 xalla rusiyalı Yan Nepomnyaşi başçılıq edir. O, bu gün macarıstanlı Rixard Rapportla heç-heçə etsə, ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right