Azərbaycan Andorra ilə üz-üzə

Bu gün basketbol üzrə kiçik ölkələrin Avropa çempionatı başa çatır.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisi üçüncülük uğrunda oyunda Andorra ilə üz-üzə gələcək.

18:15 Azərbaycan - Andorra

Azərbaycan millisi qrupda Maltaya 71:73, Andorraya isə 69:72 məğlub olmuşdu.

1/4 finalda San-Marinoya 68:51 qalib gələn Aleksandr Trifunoviçin rəhbərlik etdiyi kollektiv yarımfinalda Malta ilə bacarmamışdı-52:59. Finalda Malta Ermənistanla qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right