Fransadan 3 bürünc medalla

Fransanın Sen-Loran-dü-Var şəhərində çimərlik güləşi üzrə dünya seriyasının 3-cü mərhələsi baş tutub.

Newsport.az-ın məlumatına görə, iyulun 1-2-də keçirilən yarışda ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edib. Güləşçilərimizin üçü də turnirin bürünc medalına sahib çıxıb.

Dünya seriyasının 4-cü mərhələsi iyulun 9-10-da Yunanıstanın Katerini şəhərində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right